Azərbaycanda iki tarixi hamam məhv olmaq təhlükəsi ilə üz-üzədir - RƏSMİ AÇIQLAMA + FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |     18:42 ABŞ İsrailə bir milyard dollardan çox dəyərdə silah verə bilər  |     18:32 Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO  |     18:28 Azərbaycanda cinayət yolu ilə vurulmuş 77 milyon manatlıq maddi ziyanın 80 faizi istintaq prosesində ödənilib  |     18:10 Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb  |    

Azərbaycanda iki tarixi hamam məhv olmaq təhlükəsi ilə üz-üzədir - RƏSMİ AÇIQLAMA + FOTO

Azərbaycanlı professor, sənətşünaslıq doktoru Kübra Əliyeva ölkə ərazisindəki bir sıra tarixi abidələrin acınacaqlı vəziyyətindən narazıdır.

O, öz “Facebook” paylaşımında Bakının Fatmayı və Görədil qəsəbələrində yerləşən, təxminən 200 illik yaşı olan iki hamam barədə təəssüratlarını təsvir edir.

“Hamamlardan biri dəhşətli vəziyyətdədir, ətrafı zibillikdir, məlumat lövhəsi yoxdur. Mərhum akademik Şamil Fətullayevin kitabında bu abidələrin fotoşəkilləri var. Nə yaxşı ki o, öz zamanında bu hamamlar barədə yazıb, axı indi bu abidələr heç kimin marağında deyil! Səhv etmirəmsə, onlar XVIII əsrdən günümüzə qədər qalıb çıxıb”, - deyə alim qeyd edib.

K.Əliyeva ölkəmizin şimal ərazisində yerləşən, bizim eranın III-VII əsrlərinə aid olan xristian memarlığının nadir abidələrini də xatırlayıb.

“İşlədiyim illər ərzində öz tarixi irsimizə qarşı bu qədər dəhşətli münasibətin şahidi olmamışdım. Abidələr mühafizə olunmur, hər şey çox acınacaqlı vəziyyətdədir”, - K.Əliyeva vurğulayıb.

Professor Mədəniyyət Nazirliyinə müraciət edərək, onların niyə öz vəzifələrini yerinə yetirmədiyini, dövlət tərəfindən ayrılan vəsaitin haraya xərcləndiyini sual edir.

K.Əliyeva vətənpərvər şəxslərə müraciət edərək, hər an məhv edilə biləcək tarixi memarlıq irsinin xilas olunmasına kömək etmələrini xahiş edir.

“Düşmənlərimiz ölkəmizin bir hissəsində tarixi irsimizi məhv edirlər. Lakin biz də geri qalmırıq! Eyni işi biz ölkəmizin digər hissəsində həyata keçiririk”, - deyə K.Əliyeva fikirlərini tamamlayıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qeyd edilən ərazidə yerləşən hamam dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında yer almayıb:

“Tarixi tikilinin müvafiq siyahıya əlavə edilməsi üçün Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə qismində nəzərdən keçirilir”.

“Abidənin təyinatın müəyyən edilməsi ilə əlaqədar həm yerli, həm də digər aidiyyəti dövlət orqanları ilə qanunvericiliyin tələblərinə uyğun olaraq çevik şəkildə təxirəsalınmaz iş aparılır.

Dövlət Xidməti tərəfindən aparılan işin nəticələri haqqında əlavə məlumat veriləcək”, - deyə xidmətdən qeyd edilib.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 152 24.09.20 14:17