Bakıda bıçaqlanma hadisəsi baş verib.
"Report"un məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Biləcəri qəsəbəsində 2000-ci il təvəllüdlü Sadıqov Sənan Tahir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qarın boşluğunun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.