"30 ildə ilk dəfə Oqtayı ağlayan gördüm" » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |    

"30 ildə ilk dəfə Oqtayı ağlayan gördüm"

"Çox sevincliyəm, yeni bir statusa qədəm qoymuşam. Düşünürəm ki, balamıza layiqli nənə olacam. Qəribə sevinc hissi mənə məsuliyyət gətirib. Keçirdiyim hissləri sözlərə sığdıra bilmirəm. Tanrıdan diləyim, bütün valideynlərin bu, xoş ovqatı yaşamasıdır".

Median.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Dilarə Əliyeva "7 Canlı" proqramında deyib. Bir neçə gün əvvəl nənə olan aktrisa nəvəsindən söz açıb. O bildirib ki, həyat yoldaşı, "Soy" prodakşının rəhbəri Oqtay Əliyev baba olduğunu eşidəndə ağlayıb:"Aytən nə qədər balaca idi çəkilişlərə qatılırdı. Hamı deyirdi, gün gəlsin toyu olsun. Düşünürdüm ki, eh, hələ onun gəlin olmasına nə qədər var. İndi toy oldu, Aytən gəlinlikdə, quruyub baxıram ki, həmin gün gəldi? Bu dəfə isə uşaq qucağımda baxıram ki, bu mənim nəvəmdir?Oqtayla 30 ildir evliyik. Bu illər ərzində bir dəfə də olsun Oqtayın gözünün yaşardığını görməmişəm. Ona zəng edəndə ki, gözün aydın, baba oldun, səsi titrədi. Oqtayın ilk dəfə ağlamağını onda gördüm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            924 23.09.20 23:19