Naxçıvana yeni ambulanslar verildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:27 91 yaşlı ana oğlunun şəhid olduğu ərazidə (VİDEO)  |     22:00 Bakıda külək elektrik stansiyası tikiləcək  |     21:53 Sabah Bakının üç rayonunda qaz olmayacaq  |     21:46 AFFA-nın təşəbbüsü ilə UEFA proqramı çərçivəsində futzal turniri keçirilir  |     21:28 Nazim Bəydəmirlinin cinayət işi məhkəməyə göndərilib  |     21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |    

Naxçıvana yeni ambulanslar verildi

Bu gün Respublika Olimpiya Mərkəzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri tərəfindən Naxçıvan Muxtar Respublikasının Baş nazirinə dövlət başçısının adından təcili tibbi yardım avtomobilləri təqdim edilib.

Bununla bağlı agentlik məlumat yayıb.

Səhiyyənin inkişafı istiqamətində dövlət tərəfindən aparılan islahatlardan danışan Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, sözügedən sahənin inkişafı Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub:

“Ölkə başçısının tapşırığına uyğun olaraq Agentlik tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Yeni sifariş olunan təcili tibbi yardım avtomobillərinin ilk hissəsi cari ilin iyul ayında, növbəti hissəsi isə sentyabr ayında gətirilib.

Təcili tibbi yardım avtomobilləri arasında respublikaya gətirilən yeni, müasir standartlara cavab verən Ambulans-Perinatal ölkə səhiyyəsində yenilikdir”.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Baş naziri Agentliyin İdarə Heyətinin sədrindən “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan yeddi ədəd – bunlardan beş ədədi sadə, iki ədədi reanimobil olmaqla, təcili tibbi yardım avtomobillərini qəbul edib.

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədovun sözlərinə görə, dövlət başçısının səhiyyə sahəsində yürütdüyü məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün Azərbaycan koronavirus pandemiyası ilə yüksək səviyyədə mübarizə aparır.

Baş nazir bildirib ki, Naxçıvana təqdim edilən təcili tibbi yardım avtomobilləri muxtar respublikada səhiyyə sahəsi üzrə həyata keçirilən işlərə əlavə bir töhfədir:

“Biz bunu yüksək qiymətləndiririk və cənab Prezidentə və Birinci vitse-prezidentə öz təşəkkürümüzü ifadə edirik”.

Məlumat üçün bildirək ki, 2020-ci il ərzində Agentlik tərəfindən Almaniya istehsalı olan “Mercedes Sprinter 416” markalı avtomobil bazasında Türkiyədə yığılan 26 ədəd reanimobil, “Mercedes Sprinter 316” markalı avtomobil bazasında yığılan 42 ədəd sadə təcili tibbi yardım avtomobilləri, Türkiyə istehsalı olan “Ford Transit” markalı 10 ədəd sadə və 22 ədəd reanimobil “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyindən, həmçinin, 84 ədəd “Fiat Doblo” markalı təcili tibbi yardım avtomobilləri “Autouniversal” Məhdud Məsuliyyətli Cəmiyyətindən satın alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 399 23.09.20 19:01