Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:33 Bank sektorunun aktivləri ilk rübdə 241 milyon manatdan çox azalıb  |     18:16 13 yaşlı uşaq ehtiyatsızlıqdan Ceyranbatan su kanalına düşüb  |     17:15 Almaniya XİN-dən Azərbaycan və Ermənistan arasında əldə edilmiş razılığa REAKSİYA  |     16:59 Bakıda taxta bazarı yanır  |     16:49 Cavanşir Məmmədovun ölümündən əvvəlki son görüntüsü - VİDEO  |     16:41 Rusiya sülhməramlıları Azərbaycandan getmək üçün Goranda toplaşdılar  |     16:30 Bakıda əyləncə mərkəzində yanğın - VİDEO  |     16:12 Moskva yaxınlığında azərbaycanlı iş adamı güllələndi: Qətl sifarişini qadın verib? - VİDEO  |     16:08 Bakıda daha bir müntəzəm marşrut xətti “BakuBus”a verilib  |     14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |    

Abramoviç qeyri-qanuni əməldə şübhəli bilinir

İngiltərənin "Çelsi" klubunun sahibi Roman Abramoviç futbolçuların hüquqlarını qeyri-qanuni ələ keçirməkdə şübhəli bilinir.

"Report" BBC-yə istinadən xəbər verir ki, ABŞ Maliyyə Nazirliyinin pulların yuyulması ilə mübarizə aparan şöbəsi rusiyalı biznesmenin öz klubundakı oyunçuları Britaniya Virgin adalarında qeydiyyata alınmış ofşor şirkət vasitəsilə almasından şübhələnib.

Araşdırma məlumatlarına əsasən, söhbət bir neçə futbolçudan gedir. Onların arasında hazırda Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunda çıxış edən Peru yığmasının cinah oyunçusu Andre Karrilyo da var. Karrilyo 2014-cü ildə Portuqaliya "Sportinq"inin heyətində "Çelsi"yə qarşı Çempionlar Liqası matçında meydana çıxıb.

2016-cı ildə ofşor şirkətin adalarda qeyri-adi fəallığı qeydə alınıb. Qısa müddətdə orada 1 milyard ABŞ dollarını aşan maliyyə əməliyyatları edilib.

Qeyd edək ki, Roman Abramoviç "Çelsi"yə 2003-cü ilin yayında yiyələnib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            945 21.09.20 23:18