Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Aran bürosu xəbər verir ki, hadisə Şirvanın köhnə şəhər adlanan yaşayış massivində qeydə alınıb.
Belə ki, “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən, Şirvan şəhər sakini, 1966-cı il təvəllüdlü Həsənova Fərqanə Məmmədəli qızını vurub.
Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan qadın hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.