“Torqovaya”da çoxmərtəbəli binanın damı uçdu - VİDEO
Bakının “Torqovaya” adlanan ərazisində 10 mərtəbəli binanın damının bir hissəsi dağılıb.
Bununla bağlı bina sakinləri Oxu.Az-a görüntülər və məlumat göndərib.
Bildirilib ki, damın bir hissəsinin uçması nəticəsində bir neçə mənzilə ziyan dəyib:
“Mərtəbələr arası döşəmə və örtüklər taxdadandır. İndi havanın rəhminə qalmışıq. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət etmişik. Konkret cavab ala bilməmişik”.
Sakinlər qarşıdan payız mövsümünün gəldiyini və yağışların yağacağını, nəticədə digər mənzillərə də ziyan dəyəcəyini bildiriblər.
скачать dle 11.3
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!