“Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda


“Ulduz” metrostansiyası yanında yanan nədir? - AÇIQLAMA - VİDEO
Bakının Nərimanov rayonunda yanğın olub.

Bu barədə Oxu.Az-ın redaksiyasına videogörüntülər göndərilib. Hadisənin “Ulduz” metrostansiyasına gedən yolda baş verdiyi qeyd olunub.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, qeydə alınan hadisə təkər tullantılarının yandırılması ilə bağlı olub.

Əraziyə Nazirliyin Yanğından Mühafizə İdarəsinin əməkdaşları cəlb edilib və yanğın söndürülüb.


скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          589 19.09.20 18:28