Xəstəxana ərazisi antisanitariya mənbəyinə çevrilib - ŞİKAYƏT » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |     16:57 Qarabağ və Şərqi Zəngəzurdakı sahibkarlara əlavə imkanlar yaradılacaq  |     16:53 İlham Əliyev və Mehriban Əliyeva Əlibaba Məmmədovun dəfn mərasiminə əklil göndərib  |     16:49 Qırğızıstan prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb - FOTO  |     16:41 Kilian Mbappe şəxsi rekorda imza atdı  |    

Xəstəxana ərazisi antisanitariya mənbəyinə çevrilib - ŞİKAYƏT

Yevlax sakinləri həyəcan təbili çalırlar - mərkəzi regional xəstəxananın ətrafı istifadə edilmiş damcısalanlar, şprislər, dərman paketləri və başqa tullantılarla doludur.

Yerli sakin Ceyhun Məmmədov “Sputnik.az”-a bildirib ki, vəziyyət təkcə pandemiya təhlükəsi ilə bağlı yox, həm də ona görə acınacaqlıdır ki, xəstəxananın yaxınlığında uşaq bağçası yerləşir.

“Bu, xüsusilə bizim uşaqlarımız üçün çox təhlükəlidir. Oraya atılan bütün tullantılar yoluxucu xəstəliklərin mənbəyi ola bilər, eyni zamanda nəzərə almaq lazımdır ki, istifadə edilmiş bu tibbi avadanlıqların üzərində xəstə insanların qanı var”, - deyə şikayət edən şəxs bildirib.

Xəstəxanadan məsələ ilə bağlı şərh verməkdən imtina ediblər.

Rayonun Kommunal Təsərrüfatı İdarəsindən isə şikayətə cavab verilib.

İdarənin xidmət direktoru Nazim Səlimov bildirib ki, bu acınacaqlı duruma səbəb xəstəxananın artıq beşinci aydır ki, zibil yığımı üçün ödənilməli olan pulu verməkdən imtina etməsidir.

“Son yarım ay ərzində bizimlə müqaviləni yeniləmək istəmədiklərini görüb onlara xidmət göstərməyi dayandırdıq”, - deyə N.Səlimov söyləyib.

İdarənin xidmət direktoru vurğulayıb ki, əgər xəstəxana onlarla müqavilə imzalayarsa ərazidə olan zibil dərhal yığışdırılacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 737 19.09.20 14:16