İçki məclislərində koronavirusa yoluxma daha çox qeydə alınır » Median.Az - Bütün xəbərlər bir ünvanda


İçki məclislərində koronavirusa yoluxma daha çox qeydə alınır
Estoniya hökuməti koronavirusa yoluxma hallarının artması ilə əlaqədar spirtli içki satışına məhdudiyyət tətbiq etmək qərarına gəlib.

“İnterfax” bu barədə hökumətin mətbuat xidmətinə istinadən məlumat verir.

Estoniya ərazisində məhdudlaşdırma 26 sentyabrdan 24 oktyabr tarixinə qədər tətbiq olunacaq.

Spirtli içkilərin satışına qadağa gecə saat 00:00-dan səhər saat 10:00-a qədər qüvvədə olacaq.

Hökumət rəsmilərinin apardığı araşdırma nəticəsində məlum olub ki, Estoniyada COVID-19 virusuna yoluxma xüsusilə əyləncə məclislərində daha çox qeydə alınır.скачать dle 11.3


Нажмите на эту ссылку, чтобы прочитать новость на русском языке.


Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          579 19.09.20 13:59