Zibil poliqonundan ətrafa yayılan təhlükə » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |    

Zibil poliqonundan ətrafa yayılan təhlükə

Lənkəran rayonunda məişət tullantılarının atıldığı zibil poliqonundakı antisanitar vəziyyət ətrafda yaşayan sakinləri narahat edir.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, bu zibil poliqonu 1980-ci ildə yaradılıb.

Vaxtilə burada kiçik bir sahədə məişət tullantılarının emalı müəssisəsinin yaradılması nəzərdə tutulsa da, lakin sonra icra olunmayıb. 40 il ərzində burada yığılan məişət tullantılarının səmərəli şəkildə utilizasiyası mümkün olmadığından nəticədə Göyşaban, Ürgə və Girdəni kəndlərinin ekoloji vəziyyətinə və ümumilikdə ətraf mühitə təhlükə yaranır.

Biz hələ ərazidə tullantılarla qidalanan mal-qaradan, bu heyvanlardan alınan ət və süd məhsullarının keyfiyyətindən, sağlamlığımız üçün yarana biləcək təhlükədən, torpağın və havanın nə qədər zəhərlənməsindən, eləcə də suötürücü kollektorlara axan çirkabın Xəzərə tökülərək ekoloji fəlakətlərə yol açmasından danışmırıq.

Lənkəran Şəhər İcra Hakimiyyətindən “Report”un Cənub Mərkəzinə verilən məlumata görə, ərazidə məişət tullantılarının utilizasiyası üçün müasir standartlara cavab verən zavod tikiləcək:

“2020-2023-cü illərin Dövlət İnvestisiya Proqramında Lənkəran rayonunda məişət tullantılarının utilizasiyası üçün zavodun tikintisi nəzərdə tutulub. Zavod fəaliyyətə başladıqdan sonra orada istehsal gücü 10 min m3 olan məişət və qeyri-məişət tullantılarının utilizasiyası mümkün olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            958 18.09.20 21:42