Baş Prokurorluq intihar edən müəllimlə bağlı cinayət işi açıb » Median.Az - Bütün xəbərlər bir ünvanda


Baş Prokurorluq intihar edən müəllimlə bağlı cinayət işi açıb
Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində 121 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Naidə İsayevanın, qeyri-etik videosunun yayılması ilə bağlı hədələnməsi səbəbindən Nərimanov rayon ərazisində yerləşən hündürmərtəbəli binadan özünü ataraq intihar etməsinə dair məlumatlar yayılıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, Naidə İsayevanın intihar etməsi faktına görə 17 sentyabr 2020-ci il tarixində Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          486 18.09.20 18:54