Bakı-Sumqayıt qatarından şikayət: “Soyuqdan qatarda oturmaq olmur” » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakı-Sumqayıt qatarından şikayət: “Soyuqdan qatarda oturmaq olmur”

Sakinlər Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən elektrik qatarlarında havanın hərarətinin soyuq olmasından şikayət edirlər. Onların sözlərinə görə, qatarda kondisioner havanı çox soyudur.

Bununla bağlı sərnişinlər sosial şəbəkədə paylaşım edirlər. Onlar şifahi formada qatar bələdçilərinə şikayətlərini bildirsələr də, tədbir görülmədiyini bildirirlər:

“Qışda istidən soyuğa, yayda soyuqdan istiyə çıxırıq. 50 dəqiqə yol gedirik, soyuqdan qatarda oturmaq olmur. Xahiş edirik, bu məsələ ilə bağlı bir tədbir görülsün”.

Məsələ ilə bağlı Azərbaycan Dəmir Yolları QSC-dən Oxu.Az-a bildirilib ki, Bakı-Pirşağı-Sumqayıt istiqamətində fəaliyyət göstərən ikimərtəbəli elektrik qatarlarında mikroiqlim nəzarəti sistemi var:

“Vaqonlardakı kondisionerlər həmin sistemə qoşulub. Havanın temperaturuna uyğun olaraq kondisionerlər avtomatik tənzimlənir. Buna da ayrıca nəzarət sistemi var. Yəni, havanın hərarəti necədirsə, kondisionerlər də o şəraitə uyğun işləyir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            814 18.09.20 17:50