COVID-19-a görə ayrı düşən baba və nənənin romantik görüşləri - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda


COVID-19-a görə ayrı düşən baba və nənənin romantik görüşləri - FOTO
93 yaşlı baba koronavirusa yoluxan 87 yaşlı həyat yoldaşını görmək üçün xəstəxanaya görüşə gedib.

“Mash” “Telegram” kanalının məlumatına görə, kadrlar Dağıstandandır.

Bildirilir ki, Əli və Xədicə İsrafilovalar koronavirusa yoluxduqları üçün xəstəxanaya, ancaq ayrı-ayrı palatalara yerləşdiriliblər. Cütlük bir-birindən ötrü darıxmağa başlayıb. Lakin onlar təslim olmayıblar və görüşə çıxmağa başlayıblar.

Kanalın məlumatına görə, görüş zamanı onlar əl-ələ tutur və olub keçənlərdən söhbət edirlər. Bu iki həftə davam edib.

Artıq onlar xəstəliyə qalib gələrək evlərinə yollanıblar.

скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          477 17.09.20 22:05