Uzun müddətdir ki, Yasamal rayonunun 7-ci Salaxanı küçəsində yaşayan sakinlər zibil tullantılarının yaratdığı xoşagəlməz mənzərə və dəhşətli iydən əziyyət çəkirdilər.
Baku TV və Oxu.Az Yasamal rayonunda zibil konteynerlərinin olmaması ilə bağlı problemi işıqlandırdıqdan sonra, aidiyyəti qurumlar hərəkətə keçib, əraziyə yeni zibil konteynerləri yerləşdirilib.
Zibil qutuları Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən dəyişdirilib.
Ətraflı süjeti təqdim edirik: