Ağdamda Azərbaycan və Türkiyə bayraqlarını endirmək istəyiblər? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Ağdamda Azərbaycan və Türkiyə bayraqlarını endirmək istəyiblər? - AÇIQLAMA

Ağdam Rayon İcra Hakimiyyəti rayonun Dördyol qəsəbəsində ucaldılan Türkiyə və Azərbaycan bayraqlarının endirilməsi iddialarına cavab verib.

İcra hakimiyyətinin İnformasiya təminatı və təhlil sektoru şöbəsinin müdiri Vüsal Mirzəyev Oxu.Az-a açıqlamasında məsələnin yanlış anlaşıldığını deyib. Onun sözlərinə görə, heç kim bayrağı endirmək istəməyib:

“Xeyr, bayraqların endirilməsindən söhbət gedə bilməz. Orada sadəcə olaraq bayraqların standartlara uyğunlaşdırılması məsələsi var. Bayraqların hər biri fərqli ölçüdə idi. O səbəbdən eyni ölçüdə olması və daha yaxşı görünməsi üçün standart formada olan bayraqlarla dəyişdirilib. Vətəndaşlarla yaranan narazılıq da aradan qaldırılıb. Məsələ öz həllini tapıb. Həm Azərbaycan, həm də Türkiyə bayraqları hazırda öz yerindədir”.

Qeyd edək ki, bir qrup şəxs sosial şəbəkədə video yayaraq, polis əməkdaşlarının Azərbaycan və Türkiyə bayraqlarının endirilməli olduğunu dediyini iddia etmişdi.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 272 17.09.20 11:56