Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |     13:58 Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?  |     13:57 Palma yağının ölkəyə gətirilməsi qadağan edilməlidir? - VİDEO  |    

Virusoloq: koronavirusun növbəti dalğalarından yalnız peyvənd sayəsində qurtulmaq olar

Rusiyada koronavirusun ikinci və sonrakı dalğalarından yalnız kütləvi peyvənd sayəsində qurtulmaq olar.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutunun direktoru Aleksandr Qinzburq deyib.

"Biz yaxşı populyasiya səviyyəsində peyvənd olunmasaq, təəssüf ki, həm ikinci, həm üçüncü, həm də onuncu dalğa olacaq", - deyə o, Birinci kanalda yayımlanan "Dok-tok" proqramının efirində bildirib.

Rusiya İctimai Rəyin Tədqiqi Mərkəzinin avqustun 12-nə olan məlumatına əsasən, ölkə vətəndaşlarının 40 faizindən çoxu yeni "Sputnik V" vaksini ilə peyvənd olunmağa hazırdır. Sorğuda 18 yaşdan yuxarı 1,6 min rusiyalı iştirak edib.

Qeyd edək ki, Rusiya avqustun 11-də dünyada ilk dəfə koronavirus əleyhinə vaksini qeydiyyatdan keçirib. Rusiya Səhiyyə Nazirliyinin Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat İnstitutu tərəfindən hazırlanan "Sputnik V" preparatı iyun və iyul aylarında klinik sınaqlardan keçib.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            941 16.09.20 23:34