Kiçik marketlərin böyük problemi: Verilməyən ƏDV çekləri – VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:30 Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi  |     13:29 Azərbaycan nefti cüzi bahalaşıb  |     13:26 “Atletik”in əfsanəsi komandanı tərk edir  |     13:26 Məşhur dünya brendi Rusiyanı tərk edir  |     13:25 Bağda işləməyin insan orqanizminə əvəzedilməz təsirləri  |     13:24 İlon Mask yeni “Tesla” fabriklərinin tikintisindən imtina etdi  |     13:24 Almaniyada festivala qatılan 300-ə yaxın insan zəhərlənib  |     13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |    

Kiçik marketlərin böyük problemi: Verilməyən ƏDV çekləri – VİDEO

Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması müəyyən edilib. İstehlakçılar alış-veriş edərkən bu hüquqlarının pozulmasından şikayətlənirlər. Necə?

Baku Tv mövzunu araşdıraraq maraqlı süjet hazırlayıb. Əksər insanlar marketlərdə alış-veriş edərkən çekin verilməməsindən şikayətlənirlər. Bu məsələdə də ən çox kassir günahlandırılır. Üz tutduğumuz supermarketdə müşahidələrimizə əsasən demək mümkündür ki, kassirlər alıcılara tələb etməsələr də, çek verirlər. Bəs bu problem hansı marketlərdə yaşanır?

Məsələ ilə bağlı Vergilər Nazirliyinin münasibətini öyrənməyə çalışdıq. Nazirlikdən bildirdilər ki, Dövlət Vergi Xidmətinin qəti mövqeyi budur ki, istehlakçıya kassa çeki mütləq şəkildə təqdim edilməlidir.

ƏDV ilə bağlı digər problem isə “edvgerial” saytından yığılan məbləğlə bağlıdır. Belə ki, bəzi vətəndaşlar bildirirlər ki, yığılan məbləği Kapital bankı çıxmaq şərtilə hər hansı bank kartına yüklədikdə bir manat məbləğində komissiya haqqı tutulur. Bəs vergidən əlavə olunan ödənişdən vergi tutmaq nə dərəcədə doğrudur? Nazirlik bu sualı da cavabsız qoymadı. Belə ki, əgər həmin kart hüquqi və ya fiziki şəxsə məxsusdursa, hüquqi şəxs və fərdi sahibkarların kart hesablarından nağd qaydada vəsaitin çıxarılmasına görə 1% dərəcəsi ilə sadələşdirilmiş vergi tutulur.

Sonda bu qənaətə gəldik ki, ƏDV çeklərinin verilməməsinə daha çox kiçik mağazalarda rast gəlinir. Məsələnin digər tərəfi isə göz qabağındadır. ƏDV çeklərindən yığılan məbləğdən tutulan vergi isə birbaşa banklarla əlaqəlidir. Bu məsələyə nazirliyin heç bir adiyyəti yoxdur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            856 16.09.20 20:44