İnsanların gözü qarşısında qızını kəmərlə döydü - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:17 Almaniya Prezidenti Türkiyəyə səfər edəcək  |     21:11 Almaniya millisinin sabiq futbolçusu vəfat edib  |     20:58 Bakıda 24, rayonlarda 27 dərəcə isti olacaq - PROQNOZ  |     20:50 Azərbaycanda hesabatlılıqdan yayınan provayderlər cərimələnib  |     20:45 Jozep Borrell: İranın İsrailə cavab zərbəsi endirəcəyini bilirdik  |     20:39 Tayvan yeni yerüstü zenit-raket kompleksini sınaqdan çıxarıb  |     20:26 HƏMAS İsrailə güzəştə getməkdən imtina edib  |     20:19 ABŞ İranla bağlı sənədi BMT TŞ-yə göndərib  |     20:18 Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib  |     20:12 Bakıda qadın sürücü yol qəzasında ağır xəsarətlər alıb  |     20:01 Çexiya Ukrayna üçün 180 min mərmi almağa razılaşıb  |     19:54 Cəlilabadda avtomat və ov tüfəngləri polisə təhvil verilib  |     19:36 Azərbaycanın iki rayonunda günəş elektrik stansiyaları tikiləcək  |     19:20 ABŞ İrana qarşı yeni sanksiyalar hazırlayır  |     18:53 Ermənilər Üzeyir Hacıbəylinin məşhur bəstəsini oğurladılar - VİDEO  |     18:27 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     18:06 Rusiyada “TikTok”un bloklanması təklif olunub  |     17:55 Gəncədə şagird sinif yoldaşına xəsarət yetirib  |     17:15 Bakıda ucuz qiymətə çıxarışlı mənzillər satılır - ÜNVANLAR  |     17:03 İsrail rəsmiləri İrana görə bir daha toplanacaq  |    

İnsanların gözü qarşısında qızını kəmərlə döydü - FOTO/VİDEO

Kişi insanların gözünün qarşısında qızını kəmərlə döyüb. Buna səbəb isə qızının Boqotada keçirilən etiraz aksiyalarında iştirak etməsi olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Norbeli Restrepo 19 yaşlı qızı Kərimədən nümayişlərdə iştirak etməməsini istəyib. Lakin qızı onun sözünə qulaq asmayıb və aksiyalara qoşulub. Bunu öyrənən ata hadisə yerinə gələrək elə etirazçıların gözü qarşısındaca onu kəmərlə döyməyə başlayıb.

Polislər qəzəbli ataya mane olmağa çalışsa da, buna asanlıqla nail ola bilməyiblər.

Sonradan kişi bunu qızının həyatı üçün qorxduğundan etdiyini deyib.

“Küçəyə çıxıb qızımı ölənlərin arasında, ya da əlil arabasında görmək istəmirəm”, - deyə o, bildirib.

Qeyd edək ki, Kolumbiyada yerli sakinlərdən birinin polis zorakılığının qurbanı olması ilə etiraz aksiyaları başlayıb. Onun karantin qaydalarını pozduğu üçün hüquq mühafizəçiləri tərəfindən saxlanıldığı bildirilir. Məlumata görə, Xavyer Ordanyesə qarşı dəfələrlə elektroşoker istifadə edilib və nəticədə kişi ölüb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 018 16.09.20 21:09