ABŞ-da mart ayında polis basqını zamanı öldürülən Breonna Teylorun ailəsi Luisvill şəhərinin hökumətindən 12 milyon dollar həcmində təzminat alacaq.
Bu barədə CBS telekanalı məlumat yayıb.
Sözügedən məbləğin bu cür ölüm halı ilə bağlı verilən ən böyük məbləğ olduğu bildirilir.
Xatırladaq ki, tibb işçisi olan B.Teylor evinə daxil olan polis əməkdaşlarının açdığı atəş nəticəsində səkkiz güllə yarası alaraq ölüb.