Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var » Median.Az - Bütün xəbərlər bir ünvanda


Yevlaxda yol qəzası baş verib, xəsarət alanlar var
Yevlax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Balçılı kənd ərazisində qeydə alınıb.

İki "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon sakinləri - 1990-cı il təvəllüdlü Mehman Cəfərov və 1998-ci il təvəllüdlü Babək Kərimov xəsarət alıb.

Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          447 15.09.20 21:19