Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur - TAM SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |     19:42 Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü  |     19:41 Türkiyədə ƏMƏLİYYAT: İŞİD-lə əlaqədə şübhəli bilinən şəxslər tutuldular  |     18:31 Azərbaycanla Ermənistan arasında 20 sərhəd dirəyi quraşdırıldı - RƏSMİ  |     18:18 Əliyar Ağayev Fatih Terimin komandasının oyununda  |     18:05 Bakıda işıqforlarla bağlı ilk - FOTO  |     17:44 Türkiyədə lirə ilə bağlı mühüm qərar  |     17:36 Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO  |     17:18 Azad olunmuş ərazilərə gələn ay getmək istəyənlərin NƏZƏRİNƏ  |     17:10 Məşhur qalmaqallı rusiyalı bloqer Anastasiya İvleyeva cərimələndi  |    

Dünyada yalnız bu 11 ölkədə koronavirus yoxdur - TAM SİYAHI

Çində başlayaraq bütün dünyaya yayılan COVİD-19 virusunun hələ də görülmədiyi ölkələr var.


Azxeber.com koronavirusa yoluxmanın qeydə alınmadığı ölkələrlə bağlı araşdırma aparıb.

Hazırda dünyada cəmi 11 ölkədə koronavirusa yoluxma qeydə alınmayıb, 188 ölkədə isə yoluxma aşkarlanıb.

Həmin 11 ölkədə yoluxmanın olmamasının başlıca səbəbi həmin ölkələrin sərhədlərinin bağlı olmasıdır.

Bu ölkələrin siyahısını təqdim edirik:

Palau - Bir Okeaniya ölkəsidir. Papua Yeni Qvineyanın qonşuluğunda yerləşir. Sakit okeanın şimalındadır.

328 adadan ibarətdir, sahəsi 458 km²-dir. 2013-cü il məlumatına görə əhalisi 21 min nəfərdir. Paytaxtı Nqerulmud şəhəridir.

Kiribati Respublikası - Sakit Okeaninda yerləşən adalar dövlətidir. Kiribati Respublikası 33 ada və atolldan ibarətdir. Paytaxtı Tarava şəhəridir.

Mikroneziya - rəsmi adı Mikroneziya Federal Dövlətləridir. Ölkənin paytaxtı Palikirdir. 4 tərəfdən də okeanla əhatə olunan ölkə, ümumilikdə 607 adadan ibarətdir. Rəsmi dili ingilis dilidir.

Solomon adaları - Bu ada Hind okeanında yer alır. Ərazisi 28 min 450 km, əhalisi yarım milyonun üzərindədir.

Tonqa Krallığı - Bu ada dövləti monarxiya üsulu ilə idarə edilir. 2006-cı ildə taxta çıxan Kral Tupov V-in 2012-ci ildə vəfatından sonra dövlətin başına Kral George Tupou VI keçib.

Vanuatu - Bu ada ölkəsi Avstaliyanın yaxınlığında yerləşir. Ümumi əhalisi 2,5 milyondur. Paytaxtı və ən böyük şəhəri Port Viladır.

Marşal Adaları - Sadəcə 181 kvadrat kilometrlik ərazisi olan ada da təxmini 70 min insan yaşayır. Paytaxtı Majuro şəhəridir.

Nauro - Bu ada ölkəsi Vatikandan sonra ən az əhaliyə sahib ölkədir. Ərazi 21 kvadrat kilometr, əhalisi 11 minə yaxındır. Ölkənin paytaxtı Yarən şəhəridir.

Şimali Koreya - KXDR Koreya yarımadasının şimal hissəsində yerləşir. Şimal və şimal-qərbdə Çin, şimal-şərqdə Amonk (Çində Yalu kimi tanınır) və Tümen çayları boyunca Rusiya, cənubda isə Cənubi Koreya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Pxenyan şəhəridir. Ümumi sahəsi 120,540 kvadrat kilometrdir. Ölkənin rəhbəri Kim Çen İndir. O ölkəsində koronavirusa yoluxmanın olmadığını deyir.

Türkmənistan - Türkmənistan Mərkəzi Asiyanın cənub-qərb hissəsində yerləşir. Paytaxtı və ən böyük şəhəri Aşqabad şəhəridir. Ümumi sahəsi 491,210 kvadrat kilometrdir. Türkmənistan 27 oktyabr 1991-ci ildə SSR-dən müstəqilliyini əldə edib. Türkmənistan həm də Asiyanın ən az məskunlaşan ərazilərindən biridir.

Samoa Cümhiyyəti - Adalardan ibarət bu dövlət Avstraliya və Yeni Zerlandiya ilə qonşudur. Paytaxtı Apia şəhəridir.

Siyahıda göstərilən 11 ölkədə koronavirusa yoluxma qeydə alınmayıb. Ancaq ada ölkələrindən fərqli olaraq Türkmənistan və Şimali Koreyanın statistikanı gizlətdiyi haqda da dünya mətbuatında xəbərlər yayılıb.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            843 15.09.20 20:28