Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirildi - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirildi - VİDEO

Sentyabrın 15-i Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyasının rəisi, general-leytenant Heydər Piriyev Bakıdakı “Türk Şəhidliyi” abidəsinin önünə əklil qoyublar.

Səfir bildirib ki, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsilə qazanılan bu zəfər təkcə bugünkü Azərbaycanın yolunu açmayıb:

“Eyni zamanda, Azərbaycan və Türkiyə üzərində qurulan oyunların sonunu gətirib.

Türkiyə və Azərbaycan olaraq bu gün ətrafımızdakı atəş həlqəsinə qarşı eyni əzm və iradə ilə mübarizə aparmaqda qərarlıyıq. Həmişə olduğu kimi bundan sonra da “iki dövlət, bir millət” şüarı ilə irəliləyərək, gələcəyimizi birlikdə quracağıq”.

“Bakının Qafqaz İslam Ordusu və Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin 102-ci ildönümündə Nuru Paşanı, Azərbaycan və Türk ordusunun hər bir əsgərini sayğı ilə anıram”, - deyə səfir əlavə edib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 512 15.09.20 14:17