Baş tibb bacısından etiraz: "İynə, şpris tutmağı bacarmayan..." » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Baş tibb bacısından etiraz: "İynə, şpris tutmağı bacarmayan..."

5 saylı Şəhər Klinik Xəstəxananın Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısı vəzifədən çıxarılıb.

Median.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə şikayətçi Hümbətova Xatirə Abdulla qızı özü məlumat verib. Böyük tibb bacısı bu məsələdə bir başa xəstəxananın Baş həkimi Fazil Alməmmədovu ittiham edib:

"5 saylı Şəhər Klinik Xəstəxanada özbaşınalıq davam edir. Mən Uşaq Yanıq Şöbəsinin böyük tibb bacısıyam. Baş həkim Fazil Alməmmədov məni heç bir əsas olmadan vəzifəmdən azad edib. Hər şey şər-böhtan üzərindən başlayıb. Şöbəmin əməkdaşı ilə bağlı kadrlar şöbəsində çalışan Esmira xanıma narazılıq etdim. Həmin vaxt Baş həkimin Elvira adlı yaxın qohumu söhbətə kənardan kobud şəkildə müdaxilə etdi. Bundan sonra Baş həkim mənimlə bağlı ona şikayətlərin olduğunu və işi bacarmadığımı və vəzifəmdən uzaqlaşdırıldığımı bildirdi. Gah məndən tələb edirlər ki, işçilər işi bacarmadıqları halda raport yazım, gah da yazdığım raportları nəzərə almırlar. Konkret şəkildə özlərinin işə götürdükləri işçiləri əzizləyirlər”.

Xatirə Hümbətova deyir ki, əlində iynə, şpris tutmağı bacarmayan işçiyə xəstə verməyimi tələb edirlər:

"Onların müdafiə etdikləri konkret şəkildə özlərinin işə götürdükləridir. Köməkçim kimi çalışan Əliyeva Könül Nizami qızı isə deyir ki, "Esmira xanıma 1200 azn pul verib işə girmişəm, heç kim mənə heç nə deyə bilməz”. Bunlar hələ mənim dediyim cüzi şeylərdir”.

5 saylı Şəhər Klinik Xəstəxanadan isə bildiriblər ki, Xatirə Hümbətova həqiqətən böyük tibb bacısı vəzifəsindən çıxarılıb:скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            618 14.09.20 23:51