Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Şəkidə tövlə yanıb, yeniyetmə xəsarət alıb

Şəki rayonunda yanğın baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə şəhərin Mahmud Əliyev küçəsində Cövdət Qəhrəmanova məxsus evin həyətyanı sahəsindəki ümumi sahəsi 48 kvadratmetr olan mal tövləsində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon yanğından mühafizə hissəsinin üç texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində tövlənin yanar konstruksiyaları və tövlənin çardağına yığılmış 7 ton quru ot kütləsi yanıb. Eyni zamanda bir baş iribuynuzlu heyvanın tüstüdən boğularaq tələf olduğu məlum olub. Ev sahibinin 15 yaşlı oğlu Fuad Qəhrəmanov qorxudan şoka düşüb, həmçinin hər iki ayağının alt hissəsindən yanıq xəsarətləri alıb. O, Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada F.Qəhrəmanova lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti stabilləşib.

Faktla bağlı araşdırma aparılır.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            982 14.09.20 22:13