Bakının yeni metrostansiyasında tikinti işləri yekunlaşmaq üzrədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:58 Bakıda tarixi hamam narkomanların yuvasına çevrilib - VİDEO  |     12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |    

Bakının yeni metrostansiyasında tikinti işləri yekunlaşmaq üzrədir

Bakı metropoliteninin şərti olaraq “B3” adlandırılan stansiyasında tikinti işləri yekunlaşmaq üzrədir.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, stansiyada son tamamlanma işləri aparılır:

“Stansiyada quraşdırılacaq avadanlıqların bir çoxu xarici ölkələrdən gətirilir. Əgər avadanlıqların gətirilməsi prosesində pandemiya ilə əlaqədar gecikmələr olmasa, stansiyanın bu ilin sonuna kimi istifadəyə verilməsi planlaşdırılır”.

B.Məmmədov onu da əlavə edib ki, stansiyanın deyilən vaxtda açılışı bir az da avadanlıqları istehsal edən şirkətlərlə bağlıdır:

“Əgər avadanlıqlar vaxtında gətirilsə, şərti adı “B3” olan stansiya ilin sonunda istifadəyə veriləcək. Pandemiya ilə bağlı zəruri avadanlıqları istehsal edən şirkətlərdə problem olmasa, vaxtında gətirilərək quraşdırılacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 225 14.09.20 16:31