Gədəbəy rayonunda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Gədəbəy rayon ərazisində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq aşıb. Yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
Qəzanın başvermə səbəbləri araşdırılır.