10 sentyabrda keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:05 Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA (VİDEO)  |     13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |    

10 sentyabrda keçirilən buraxılış imtahanlarının nəticələri elan olunub

10 sentyabr 2020-ci il tarixində keçirilən 9-cu sinif buraxılış imtahanları və 9-11 illik təhsil səviyyələri üzrə Azərbaycan dili imtahanlarının nəticələri elan olunub.


Dövlət İmtahan Mərkəzindən Bizimyol.info-ya verilən məlumata görə, İştirakçılar imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə müvafiq olaraq aşağıdakı linklərdə tanış ola bilərlər:

– 9-cu sinif buraxılış imtahanı;
– Azərbaycan dilindən fərqli dildə təhsilalanlar üçün ümumi (9 illik) orta və tam (11 illik) orta təhsil səviyyələri üzrə Azərbaycan dili (dövlət dili kimi) imtahanı.

İştirakçılar imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Qeyd edək ki, 9-cu sinif buraxılış imtahanlarında 18307 nəfərin iştirakı nəzərdə tutulurdu. Onlardan 1602 nəfər imtahana gəlməyib. 5 nəfər qaydaları pozduğu üçün imtahandan xaric olunub və nəticələri ləğv olunub.

Azərbaycan dili imtahanlarında isə 769 nəfərin iştirakı nəzərdə tutulurdu. 276 nəfər imtahana gəlməyib.

11-ci sinif üzrə buraxılış imtahanlarında istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin 2 həftə ərzində elan olunması nəzərdə tutulur.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            833 11.09.20 23:38