Metroda əllə təmas olan səthlər gün ərzində ən azı altı dəfə dezinfeksiya ediləcək - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Metroda əllə təmas olan səthlər gün ərzində ən azı altı dəfə dezinfeksiya ediləcək - RƏSMİ

Karantin dövrü olmasına baxmayaraq, Bakı metropoliteni daim sərnişin daşınmasına hazır vəziyyətdə olub.

Bu barədə Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, metropoliten fəaliyyətini dayandırsa da, qatarlar hər an fəaliyyətə hazır vəziyyətdə saxlanılıb:

“Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərara əsasən, sentyabrın 14-ü səhər saat 06:00-dan etibarən metro fəaliyyətini yenidən bərpa edəcək. 72 günlük fasilədən sonra yenidən sərnişinlərə xidmət göstərəcəyik. Stansiyalarda karantin qaydaları çərçivəsində dezinfeksiya işləri aparılıb. Stansiyalarda və platformalarda sərnişin qəbulu zamanı əllə təmas olan səthlər gün ərzində ən azı altı dəfə dezinfeksiya ediləcək.

Bundan başqa, metro fəaliyyətə başlayan gündən etibarən stansiyalar hər gecə müəyyən olunmuş qrafiklər üzrə xüsusi təmizləyici məhlullarla təmizlənərək dezinfeksiya işləri aparılacaq”

Qurum rəsmisi onu da əlavə edib ki, sentyabrın 14-dən metropoliten xüsusi gücləndirilmiş iş rejimində çalışacaq:

“Qurumun bütün əməkdaşları bu prosesə cəlb ediləcək. Stansiya platformalarında sosial məsafənin saxlanmasına əməkdaşlarımız nəzarət edəcək. Bütün stansiya və qatarlarda təlimat lövhələri vurulacaq. Sərnişinin stansiyaya daxil olandan metropoliten ərazisini tərk edənədək maskadan istifadə etməsi məcburidir. Polis əməkdaşları və stansiya əməkdaşları bu məsələyə xüsusi diqqət yetirəcəklər”.

“Pik saatlarda qatarlar arasında interval iki dəqiqə olacaq. Qatarlarda intervala xüsusi nəzarət ediləcək ki sərnişinlər arasında sosial məsafə gözlənilsin. Bunun üçün ehtiyat qatarlar da hazır vəziyyətdə olacaq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 485 11.09.20 18:12