“Nə? Harada? Nə zaman?” (“Çto? Qde? Koqda?”) intellektual teleoyunun veteran oyunçusu Mixail Smirnov 64 yaşında vəfat edib.
“RİA Novosti”nin məlumatına görə, bu barədə mərhumun komanda yoldaşı Maksim Potaşev özünün “Facebook” hesabından xəbər verib.
“Bu gün Mişa Smirnov – köhnə dostum və teleklubun ilk kapitanı aramızdan ayrıldı. O, çox mehriban və parlaq insan idi”, - deyə Potaşev yazıb.
Smirnov 1988-2010-cu illərdə “Nə? Harada? Nə zaman?” teleoyununun kapitanı olub. Komandaya Maksim Potaşev, Boris Levin, Leonid Timofeyev və digər tanınmış oyunçular daxil olub.
Potaşevin sözlərinə görə, dostu insultdan dünyasını dəyişib.