III qrup üzrə plan yerlərində artım olan ixtisaslar AÇIQLANDI » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

III qrup üzrə plan yerlərində artım olan ixtisaslar AÇIQLANDI

III ixtisas qrupu üzrə 200-dən yuxarı bal toplayanların sayı 15 368 nəfərdir. Onların 3000 nəfərindən çoxu ümumi planda yer olmadığından kənarda qalır.

Bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə üçüncü ixtisas qrupları üzrə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi ilə əlaqədar “Facebook”da canlı yayım zamanı deyib.

O bildirib ki, bu il III ixtisas qrupu üzrə 82 subbakalavr ərizə verib:

“Onların ali məktəblərə qəbul olma faizi çox aşağıdır. Çünki onların iştirak balı 150-200 bal arasıdır. Bu səbəbdən tövsiyə edərdik ki, onlar ilk olaraq ali məktəb seçimlərində regional ali məktəbləri, yaxud da özəl ali təhsil müəssisələrini seçsinlər. Çünki ötən il orada keçid balları nisbətən aşağı olub. Birinci yerləşdirmədən sonra inanmıram ki, II mərhələ üçün boş yerlər qalsın”.

M.Abbaszadə əlavə edib ki, bu il III qrup üzrə Azərbaycan dili və ədəbiyyat müəllimliyi üçün 30%, ibtidai sinif müəllimliyi üçün 10%, tarix müəllimliyi üçün isə 11% plan yerində artım olub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 102 11.09.20 14:31