Deputat:"BNA-nın mühüm şəxslərindən soruşaq,cərimələrdən yığılan pullar hara gedir?”.  » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:53 Ceyhun Bayramov Fələstinin baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə etdi  |     15:39 20 min manat borca görə qəssab həbs edildi  |     15:24 Azərbaycan-Fransız Universiteti bağlanır? - AÇIQLAMA  |     15:14 Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - RƏSMİ AÇIQLAMA  |     14:57 Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlar  |     14:54 Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - YENİLƏNİB (RƏSMİ AÇIQLAMA)  |     13:56 Milli Məclis Hesablama Palatasının hesabatını qəbul edib  |     13:36 Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT - FOTO  |     13:34 BDU-nun tələbəsi intihar etdi  |     13:23 Məhkəmə qardaşının həyətinə qumbara atan şəxslə bağlı qərar çıxardı  |     13:08 Xocavənddə fermada xeyli sayda partlayıcı qurğu və maddə aşkarlanıb  |     12:49 Qəbiristanlıqdan oğurluq edən keçmiş məhkumlar saxlanılıblar  |     12:44 Salyanda avtomobillər toqquşub, xəsarət alanlar var  |     12:36 Dünyanın ilk “ChatGPT”li qulaqlığı: Xarici dildəki nitqi sinxron tərcümə edəcək - VİDEO  |     12:21 Övladını xilas etmək istəyərkən Kürdə batan Zərdab sakininin meyiti tapılıb - FOTO  |     12:19 Çinli hakerlər “iPhone” istifadəçilərinə genişmiqyaslı kiberhücum həyata keçiriblər  |     12:18 Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı  |     12:17 “Google”da əməkdaşlar ixtisar edilirlər  |     12:01 Şəmkirdə yerin altından tapılan saraydan GÖRÜNTÜLƏR - VİDEO  |     11:57 Orta məktəblər üçün olan dərsliklər yenilənir? - VİDEO  |    

Deputat:"BNA-nın mühüm şəxslərindən soruşaq,cərimələrdən yığılan pullar hara gedir?”. 

Bakı Nəqliyyat Agentliyi (BNA) deputat Rüfət Quliyevi cərimələyib.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında R.Quliyev özü məlumat verib.

Millət vəkili qeyd edib ki, BNA əməkdaşları dayanma-durma qaydalarını pozan avtomobillərin fotolarını çəkirlər.

“Halbuki gəlib, izah edə bilərlər ki, burada saxlamaq olmaz. Mən sürücümdən soruşdum ki, BNA nə qədər cərimə yazıb. O, məbləğin böyük olduğunu bildirdi.

Elə bir rəqəm dedi ki, heç burada səsləndirmək istəmirəm. Sürücümə həmişə deyirəm ki, qayda-qanuna əməl etsin”.

O bildirib ki, BNA belə fəaliyyətlə gündə 100 min, ayda 3 milyon manat cərimə yaza bilər:

“Bu, riyazi hesablamadır, çünki dayanma-durmaya görə cərimə 20 manatdır, gün ərzində 5000 nəfərə cərimə yazılsa, ayda 3 milyon manat pul edir.

Heç olmasa, Bakı Nəqliyyat Agentliyinin üçüncü, beşinci səviyyəli vəzifəli şəxsi gəlsin, suallara cavab versin. Daha Bakı Nəqliyyat Agentliyi qurban veriləcək adam göndərməsin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 200 10.09.20 15:07