Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Zaqatalada narkobaron “Çopur Ramiz” və onun cinayətkar şəbəkəsi ifşa edilib - FOTO

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslərə qarşı uğurlu əməliyyat tədbiri keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlər nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş, bölgədə narkobaron kimi tanınan rayonun Yuxarı Tala kənd sakini “Çopur Ramiz” ləqəbli Ramiz Quliyev saxlanılıb.

Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan 5,5 kiloqram narkotik vasitə qurudulmuş marixuana aşkar edilib. Həmçinin R.Quliyevin göstərişi əsasında onun evində narkotik vasitəni hazırlayan daha iki nəfər, əvvəllər oğurluğa görə məhkum olunmuş Zaqatala şəhər sakini Süleyman Davudov və Yuxarı Tala kənd sakini Murtuzəli Georgiye saxlanılıb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.







скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 566 10.09.20 14:41