Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır: “Postpandemiya”, “selfi”... » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır: “Postpandemiya”, “selfi”...

Orfoqrafiya lüğətinin nəşri sentyabr ayının sonunda yekunlaşacaq.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu Oxu.Az-a açıqlamasında deyib.

Akademik bildirib ki, bu nəşrə heç bir lüğətdə yer almayan sözlər də daxil edilib:

“Lüğət sentyabrın 15-də nəşriyyata təhvil veriləcək. Çap olunacaq orfoqrafiya lüğətinə yeni sözlər əlavə etmişik. Məsələn, “postpandemiya” sözü heç bir lüğətdə yoxdur. Məişətimizə yeni gələn sözdür, “pandemiya sonrası” mənasını verir.

Heç bir lüğətə düşməyən sözlərdən biri “sağollaşmaq” sözü mənim seçimimlə daxil edildi. Amma o, ümumişlək sözdür. “Selfi”, “özçəkim” sözləri də çox işlənən sözlərdən idi ki, onları da yeni nəşrə salmışıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            462 10.09.20 14:39