Xəzərə axıdılan çirkli suyun mənşəyi məlum oldu - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |     21:58 Yenikənd və Mingəçevir su anbarlarında qadağan edilmiş ov alətləri aşkarlanıb  |     21:50 Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionu olub  |     21:35 Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - YENİLƏNİB  |     21:27 Azərbaycan və Qırğızıstan arasında dini sahədə əməkdaşlıq haqqında Memorandum imzalanıb  |     21:20 Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub  |     21:11 Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı  |     21:04 Masazırda evdə yanğın olub  |     20:55 Azərbaycanda yeni kollec yaradıldı  |     20:48 Azərbaycanda 1, 3 və 5 qəpiklər dövriyyədən çıxarıla bilər? (AÇIQLAMA/VİDEO)  |     20:36 Ermənilər Vatikanı və Papaları neçəyə satın aldılar? - 24 aprel şousu (FOTO)  |     20:24 Sabah 4 rayonun qaz təchizatı dayandırılacaq  |     20:17 Almaniya prokurorluğu 7 radikal islamçıya qarşı ittiham irəli sürüb  |     20:06 Cibuti sahillərində gəmiyə hücum edilib  |    

Xəzərə axıdılan çirkli suyun mənşəyi məlum oldu - VİDEO

Baku Tv-nin qaynar xəttinə Xəzər dənizinin çirkab suyu ilə bağlı şikayət videosu göndərilib.

Televiziyanın əməkdaşları şikayət əsasında Lökbatan dairəsi yaxınlığında yerləşən Şıxov çimərliyi ərazisinə gedərək süjet hazırlayıb.

Borudan dənizə axıdılan su təxminən 5-10 dəqiqədən bir gah durulur, gah da bulanır. Yəni daimi çirkli su axmır. Yəqin ki, bu da hansısa istehsal prosesi ilə bağlıdır. Videogörüntülərdə axıdılan suyun yaxınlıqdakı sement zavodundan qaynaqlandığı qeyd edildiyinə görə, əməkdaşlar həmin müəssisəyə üz tutub.

Həqiqətən də ərazidə hər hansı istehsal prosesi görünməyib. Zavoddakı beton istehsal edən qurğular isə tamamilə fəaliyyətsiz vəziyyətdədir. Üstəlik, borunun mənbəyi də digər zavoda aiddir.

Nəhayət, əməkdaşlar borunun başlanğıc götürdüyü gəmi təmiri zavoduna çatıblar. Müəssisənin baş mühəndisinin sözlərinə görə, videogörüntülərdə əks olunan fikirlər tamamilə yanlışdır. Gəmilərin rahat yan alması üçün ərazidə dib dərinləşdirmə işləri aparılır. Axıdılan su da qazıntı zamanı gillə suyun qarışığından əmələ gəlib. Qısacası sementli su yox, palçıqlı su.

Baş mühəndis bildirib ki, Ekologiya və Təbii Sərvətlər nazirliyindən əraziyə baxış keçirilib və proseslə tanışlıq olub. Yəni hər-hansı qeyri-qanuni fəaliyyətdən söhbət gedə bilməz.

Bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə də əlaqə saxlanılıb. Qurumdan bildirilib ki, həqiqətən də əraziyə baxış keçirilib. Axıdılan suyun isə heç bir ziyanı yoxdur. Çünki dəniz suyu ilə gilin qarışığından əmələ gələn sırf palçıqdır. Bir sözlə, dənizdən götürülən dənizə də qayıdır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 141 08.09.20 23:02