Məleykə Abbaszadə: “Ötən illə müqayisədə bu il nəzərdə tutulan plan yerlərinin sayında artım var” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Məleykə Abbaszadə: “Ötən illə müqayisədə bu il nəzərdə tutulan plan yerlərinin sayında artım var”

Bu il üçün nəzərdə tutulan plan yerlərinin sayında ötən illə müqayisədə 1,79 faiz artım var. Bu da ümumilikdə 858 yer təşkil edir.

Bunu onlayn mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il üçün I ixtisas qrupu üzrə 299 plan yeri (1,96 faiz) azalıb. Bu göstərici II ixtisas qrupunda 381 yer azalma ilə (2,69 faiz), III ixtisas qrupunda 1015 yer artımla (9 faiz), IV ixtisas qrupunda 390 yer artımla (10,5 faiz), V ixtisas qrupunda isə 133 yer artımı (3,71 faiz) ilə müşahidə olunub.

M.Abbaszadə bu il həmçinin müəyyən universitetlərdə plan yerlərinin kəskin artdığını da qeyd edib:

“Bu universitetlərdən Azərbaycan Tibb Universitetini qeyd etmək istərdim. Orada bu il 785 yer artıq verilib. Bildiyiniz kimi Azərbaycan Tibb Universitetində bu il yeni ixtisaslarda da açılıb. Plan yerlərindəki artım Xəzər Universitetində 18 faiz, Bakı Biznes Universitetində 28 faizdir. Dövlət sifarişli yerlərin sayı isə bu il üçün 8 faiz artıb”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            948 08.09.20 17:51