Sumqayıtda 250 ailə telefon və internet xəttindən məhrum qalıb.
Baku TV xəbər verir ki, Sumqayıt şəhərinin 76-cı məhəlləsində 250 ailənin yaşadığı evlərə telefon və internet xətti çəkilmir. Sakinlər deyirlər ki, məsul şəxslər buna səbəb kimi xətti çəkmək üçün materiallarının olmamasını göstərirlər.
Məsələ ilə bağlı Sumqayıt şəhər Telekommunikasiya qovşağı ilə əlaqə saxlamağa çalışsaq da, bu işə məsul olan şəxsləri iş başında tapa bilmədik.
Məhəllə sakinlərinin sosial problemləri bununla bitmir. Ərazidə nə yol var, nə də tullantıların atılacağı zibil qutuları...
Ümidvarıq, Sumqayıt şəhər 76-cı məhəllənin sakinlərinin problemləri qısa zamanda öz həllini tapacaq.