Cəlilabadda sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:04 Rusiyada məktəbli dəhşətli cinayətdə ittiham olunur  |     13:03 Mingəçevirdə sakinlər binanın zirzəmisinə dolan çirkab sulardan şikayətçidirlər - VİDEO  |     13:02 Lukaşenko hakimiyyətdən nə vaxt gedəcəyinə aydınlıq gətirdi  |     12:45 Fransada məşhur içməli su şirkətinin məhsullarında nəcis bakteriyası aşkar edilib  |     12:36 Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı  |     12:15 Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE  |     12:07 Naxçıvan MR-in baş naziri işdən azad olundu - YENİ TƏYİNAT (FOTO)  |     12:00 Təbrizdə Ermənistanın baş konsulluğu açılır  |     11:51 Azərbaycanda balıq ovunun qadağan ediləcəyi tarix AÇIQLANDI  |     11:42 Xankəndidə silah-sursat aşkarlanıb  |     11:36 İnsanabənzər robotların buraxılış tarixi AÇIQLANDI  |     11:31 Kreml NATO-ya xəbərdarlıq edib  |     11:17 Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR  |     22:58 Sibirdəki meşə yanğınları Avrasiyada temperaturu 0,3 dərəcə aşağı sala bilər  |     22:48 Gədəbəy sakini Gəncədə bıçaqlanıb  |     22:38 Azərbaycanın daha bir boksçusu Avropa çempionatının yarımfinalına yüksəlib  |     22:30 Vladimir Putin dünyada terror aktlarına görə məsuliyyət daşıyanların kimliyini AÇIQLADI - VİDEO  |     22:21 İranda güllələnən gəncə görə kənd sakinləri ayağa qalxdılar - FOTO/VİDEO  |     22:14 Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib  |     22:06 Abbasqulu ağa Bakıxanovun “Riyazül-qüds” əsəri nəşr olunub  |    

Cəlilabadda sürücü vəzifəli şəxsin maşınının yanından sürətlə ötdüyü üçün saxlanılıb? - AÇIQLAMA

Cəlilabad rayon sakini Saməddin Məmmədovun uzaq qohumu olan M.Cəfərovun rayonun vəzifəli şəxslərindən birinin xidməti avtomobilinin yanından sürətlə ötüb keçdiyi üçün saxlanıldığı barədə iddialar qərəzlidir və heç bir əsası yoxdur.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, videogörüntüdə haqqında bəhs edilən Bakı şəhəri Qaradağ rayon sakini M.Cəfərov avqustun 31-də idarə etdiyi “VAZ 2106” markalı avtomobillə Cəlilabad rayonu ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Həmin şəxs özü ona istinad olunan inzibati xətanı törətdiyini və ziqzaqvari hərəkətlər etməklə avtoxuliqanlıq etdiyini boynuna alıb, əməlindən peşman olduğunu bildirib.

Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə M.Cəfərov nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            987 08.09.20 17:26