Samuxda zavoddan odlu silahlar tapılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Samux Rayon Polis Şöbəsi və Dövlət vergi xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki zavodların birində iş otağındakı seyfdən “Makarov” markalı tapança, 24 ədəd patron, iki ədəd patron darağı, “RQD” və “F-1” qumbaraları aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.