Ermənilər atəşkəsi pozmaqda davam edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
15:06 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir, ikisinin inşası başa çatıb  |     13:34 Palma yağlarının Azərbaycana gətirilməsi qadağan edilsin - Deputatdan təklif  |     13:21 Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq  |     13:09 Aİ dövlətləri İrana qarşı yeni qadağalarla bağlı razılığa gəldilər  |     13:09 Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı - VİDEO  |     13:08 Paşinyan: “Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığı sakinlərimizi sevindirməlidir”  |     13:06 Abşeronda 16 min manatlıq pul və zinət əşyaları oğurlanıb  |     12:50 Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı  |     12:48 Leyla Əliyeva və Arzu Əliyeva SƏNƏT Uşaq Musiqi və İncəsənət Mərkəzində olublar - FOTO  |     12:32 Bakıda viza fırıldağı: Şirkət rəhbərlərinə cinayət işi açıldı  |     12:31 Hacıqabulda gənc qız itkin düşüb  |     12:30 Azyaşlı qıza hədə-qorxu gəlməklə qızıl-zinət əşyalarını talayan şəxslər saxlanıldılar  |     12:27 Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI  |     12:25 Bakının əsas avtomobil yollarından biri üç gün bağlı olacaq - FOTO  |     12:24 Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar - FOTO  |     12:22 Azərbaycanlı prodüserin qızı vəfat etdi - FOTO  |     12:20 Xankəndidə silah-sursat aşkarlanıb  |     12:18 Azərbaycan nefti ucuzlaşıb  |     12:17 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:15 Binəqədidə qəzada 37 yaşlı qadın yaralanıb  |    

Ermənilər atəşkəsi pozmaqda davam edir

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 50 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi və Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam və Xocavənd rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 241 07.09.20 11:51