QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:52 Qazaxın azad olunan kəndində 90-cı illərdən qalan texnikamız - VİDEO  |     12:49 Yarım milyonluq mənimsəmədə ittiham olunan politoloqla bağlı qərar verildi  |     12:48 Hadrut yenidən qurulur - Ən son görüntülər  |     12:34 ABŞ-da Castin Biberin yaxın dostu, reper Kris Kinq güllələndi  |     12:25 Bakıda keçmiş məcburi köçkünlərin evləri ucuz qiymətə satışa çıxarılır - QİYMƏTLƏR  |     12:24 Bakıda taksilərin qiyməti bahalaşdı - VİDEO  |     12:21 AQTA-dan bazar rəhbərlərinə XƏBƏRDARLIQ  |     12:19 Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - AÇIQLAMA  |     12:18 Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər - VİDEO  |     12:16 Sabah 31 dərəcə isti olacaq - PROQNOZ  |     12:14 Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB  |     12:13 Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub  |     12:12 Dünya beyin mərkəzlərinin nümayəndələrinin Qarabağa səfəri başlayıb  |     12:11 Xankəndidə avtomat, qumbaraatan və qumbaralar tapılıb  |     12:10 Paytaxtın bəzi ərazilərində yeni parklar salınacaq  |     12:09 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     12:07 Rusiyanın daha bir neft emalı zavoduna dron hücumu olub - VİDEO  |     12:05 Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu  |     12:04 Şimali Makedoniyada prezident seçkisi start götürüb  |     12:03 Masallıda 64 yaşlı qadın yıxılaraq ölüb  |    

QHT sədrləri ilə su qıtlığı və iqlim dəyişikliyi müzakirə edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə ekoloji sahədə fəaliyyət göstərən QHT sədrləri və ekoloq mütəxəssislərlə videoformatda görüş keçirilib.

ETSN-dən verilən məlumata görə, görüşdə mühüm ekoloji məsələlər, o cümlədən ölkənin şirin su ehtiyatlarının azalması, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi, yağıntıların və çaylarda sululuğun azalması, digər tərəfdən, suya tələbatın artması sahəsində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi ətrafında müzakirələr aparılıb.

QHT-lər su məsələlərinin müzakirə edilməsi, tövsiyələrin verilməsi, ekoloji məsələlərin qiymətləndirilməsində fəal iştiraka dəvət olunublar.

Görüşdə iştirak edən AMEA-nın Coğrafiya İnstitutunun direktoru akademik Ramiz Məmmədov çıxışında QHT-ləri həyata keçirilən tədbirlərdə yaxından iştirak etməyə, fəal olmağa çağırıb və ictimai nəzarətin gücləndirilməsi məqsədilə birgə əməkdaşlıq imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Eyni zamanda görüşdə QHT, dövlət qurumları və mütəxəssislərin əməkdaşlığını ehtiva edən bu cür platformada görüşlərin davam etdirilməsi qərara alınıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 098 05.09.20 18:12