Azərbaycanda ata-bala birlikdə qadını soydular - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:53 Aksizi olmayan 1050 qutu siqaret ələ keçirildi  |     22:15 Ağacları kəsən şəxslər təbiətə 13 min manatdan çox ziyan vurub  |     22:09 “SpaceX” daha 23 internet peykini orbitə çıxardı  |     21:02 Ermənistanda 13 yaşlı qız zorlanıb  |     20:57 Daha 2 nəfər dəm qazından zəhərlənərək ÖLDÜ  |     20:50 4-cü sinifi bitirənlər üçün "Son zəng" keçirilir? - Rəsmi AÇIQLAMA  |     20:43 Sabah temperatur 30 dərəcəyədək YÜKSƏLƏCƏK  |     20:36 Mühərrikli velosipedlər üçün gömrük rüsumu müəyyənləşdi  |     20:29 Qırğızıstanda “TikTok” qismən BAĞLANDI  |     20:16 Britaniya İranın vəzifəli şəxslərinə sanksiya tətbiq etdi  |     20:10 Vaqif Mustafazadə ilə bağlı nadir görüntülər - Video  |     19:58 Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi  |     19:50 İşğaldan azad olunan ərazilərdə 13 məktəb tikilir  |     19:44 Temperatur 30 dərəcəyə yüksələcək  |     19:35 Bakıda azyaşlıya hədə-qorxu gələn gənclər saxlanıldı  |     19:23 785-ci gün: Rusiyanın itkiləri yeniləndi  |     19:17 Rusiyada daha 10 qəsəbə su altında qaldı  |     19:08 Rusiya səfiri Almaniya XİN-ə çağırılıb  |     18:56 Ermənistan XİN: “Brüssel görüşündə gizli gündəm olmayıb”  |     18:52 Bakıda narkokuryerdən beş kiloqram narkotik götürülüb - VİDEO  |    

Azərbaycanda ata-bala birlikdə qadını soydular - VİDEO

Gədəbəydə qadına qarşı soyğunçuluq edilib.

Baku TV xəbər verir ki, Şabran rayon sakini Natiq Zülfüqarov yetkinlik yaşına çatmayan oğlu ilə birlikdə Gədəbəy rayonunda soyğunçuluq edib.

Ata və oğul parkda gəzən qadının cibində pul gördükdən sonra onu izləməyə başlayıblar. Qadını yaşadığı ünvana qədər təqib edən “qəhrəmanlar” sonda öz çirkin niyyətlərini reallaşdırıblar. Saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf edərək ələ keçirdikləri mobil telefonu satdıqlarını, pulu isə xərclədiklərini deyiblər. Bundan başqa, istintaq zamanı atanın Şəmkir rayonu ərazisində oğurluq etdiyi, oğlunun isə Bakıda soyğunçuluq törətdiyi məlum olub.

Natiq Zülfüqarov əməli haqqında belə danışıb:

“Evin arxa tərəfindən içəri girdim. Qapını açanda gördüm, uşağı yelləyir. Dedim pullar var, arxa cibində, bayaq görmüşəm. Dedi pul yoxdur. Stolun üstündə pul qabını görüb üstünə tərəf getdim. Pul qabının ağzını açanda üstümə gəldi, mən də itələdim. İçərisində 900 manat pul var idi. Bunu götürdüm, bir telefonu, bir də əlavə 70 manat pulu götürdüm”.

Hər iki şəxs barəsində Gədəbəy rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaq araşdırmaları davam etdirilir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 755 04.09.20 20:37