Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Deputatdan təklif: “Mall”lar və şadlıq sarayları bu tarixlərdən açılmalıdır

Karantin qaydalarının yumşaldılması, müəyyən sahələrin açılması təbii ki, iqtisadiyyata müsbət təsir göstərib.

Bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

Deputat bildirib ki, karantinin təsir etdiyi sektorlarda fəaliyyətin tədricən bərpa edilməsi xüsusən də iş yerlərinin açılmasına imkan yaradıb:

"Nəzərə alsaq ki, Azərbaycanda pandemiya 20 fəaliyyət sahəsinə təsir göstərmişdi və onların 11-ə 100 faiz, 9-a isə 70 faiz təsirləri olmuşdu. Sərt karantin dövründə həmin 20 fəaliyyət sahəsində fəaliyyətlərin dayanması və məhdudlaşması qeydə alınırdı. Ancaq mərhələli şəkildə yumşalma fəaliyyətlərin mərhələli bərpasına imkan yaratdı, xüsusən də ictimai iaşə, xidmət və turizm sektorunda son yumşalmalardan sonra aktivliyin artması, məşğulluğun təmin edilməsi müşahidə olunur.

Ona görə bizim təklifimiz ondan ibarətdir ki, açılmalar davam etməlidir. Bir müddət əvvəl təklif etdiyimiz kimi, sentyabrın 15-dən etibarən qapalı məkanlarda restoran və kafelərin fəaliyyətinə icazə verilməsi məqsədəuyğundur. Oktyabrın 1-dən "Mall"larda fəaliyyətlərin epidemioloji vəziyyətdən asılı olaraq bərpa edilməsini də təklif etmişik.

Eyni zamanda, yeni standartlar və meyarlar hazırlamaqla noyabrın 1-dən şadlıq saraylarının da fəaliyyətinə icazə verilməsini tövsiyə edirik, çünki bu sektorda da kifayət qədər vətəndaşımız çalışır. Bizim qiymətləndirmələr göstərir ki, ictimai iaşə və xidmət sektorunda 150 mindən artıq vətəndaşımız çalışır və yan sektorları da nəzərə alsaq, bu rəqəm daha böyükdür. Bu baxımdan məşğulluğun təmin ediməsi üçün iqtisadi açılımları davam etdirmək məqsədəuyğundur".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 461 04.09.20 18:01