Bakı metrosunda gediş haqları qaldırılacaq?- AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Naxçıvanda göldə boğulan tələbələrin yaxınları hadisənin təfərrüatlarını DANIŞDI - VİDEO  |     22:48 "Microsoft" patent pozuntusuna görə 242 milyon dollar ödəyəcək  |     22:42 İndoneziyada avtobusun qəzaya uğraması nəticəsində azı 10 nəfər ölüb  |     22:37 Berlin məcburi hərbi xidməti bərpa edir?  |     22:33 DİN-dən xəbərdarlıq: Sosial şəbəkələrdə diqqətli olun!  |     22:25 Çin ABŞ-yə qarşı mübarizədə gözlənilməz müttəfiq tapdı  |     22:19 Belqorod atəşə tutulub, ölən və yaralananlar var  |     22:12 Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib  |     22:07 Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 300-ü keçib  |     21:59 Rusiyada beşmərtəbəli binanın bir hissəsi çöküb  |     21:52 Allahşükür Paşazadə sabah Türkiyəyə gedəcək  |     21:46 Alimlər müəyyən ediblər ki, bitki tozcuqları havanı dəyişə bilir  |     21:41 KİV: ABŞ İsrailə hərbi yardım göndərməkdə davam edir  |     21:35 “Xarıbülbül” festivalından maraqlı anlar - Video  |     21:26 “Turan Tovuz” “Araz-Naxçıvan”a qalib gəldi  |     21:20 Bakının mərkəzində 6-7 mərtəbədən yüksək binalar olmayacaq  |     21:13 Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq  |     21:06 Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib  |     20:53 Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib  |     20:36 Lənkəranda yenidən yeraltı təkanlar qeydə alınıb  |    

Bakı metrosunda gediş haqları qaldırılacaq?- AÇIQLAMA

Son günlər ölkədə taksi xidmətlərinin vahid tarifə keçirilməsi məsələsi müzakirə edilir. Müzakirələr zamanı ekspertlər ölkədə ictimai nəqliyyatda gediş haqqının 50 qəpiyə qədər qaldırılacağına dair proqnozlar səsləndirirlər.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bu mövzunun gündəmdə olmadığını deyib:

“Bu gün əsas diqqət metronun fəaliyyətinin bərpa edilməsinə yönəlib. Hər kəs kimi biz də qərargahın bu istiqamətdə qəbul edəcəyi qərarları gözləyirik. Amma ictimai nəqliyyatda gediş haqqının qaldırılması məsələlərinə Tarif Şurası baxır. “Bakı Metropoliteni” QSC tərəfindən qiymət artımı haqqında isə heç bir təklif irəli sürülməyib. Ümumiyyətlə qiymət artımı ilə bağlı məsələ gündəmdə deyil”.

Qeyd edək ki, Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi sonuncu brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 15-dək metronun fəaliyyətinin bərpası ilə bağlı müvafiq qərarın veriləcəyini bildirib.

Eyni zamanda onu da qeyd edək ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Bakı metrosu sentyabrın 13-ü fəaliyyətə başlayacaq.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 761 04.09.20 13:56