Gürcü proqramçının ölümü üç məmurun Azərbaycana qarşı silah tədarükü faktının üzə çıxarılması ilə əlaqədardır? » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Gürcü proqramçının ölümü üç məmurun Azərbaycana qarşı silah tədarükü faktının üzə çıxarılması ilə əlaqədardır?

Ötən ay avtomobilində ölü tapılan 23 yaşlı proqramçı Tamar Baçaliaşvilinin anası Teona Tamazaşvili səsləndirdiyi fikirlərlə bağlı Tbilisi Şəhər Məhkəməsinə çağırılıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İctimai kanalı məlumat yayıb.

Bildirilib ki, T. Tamazaşvilinin məhkəməyə dindirilmə üçün çağırılmasının səbəbi onun bir neçə gün öncə Gürcüstanın bəzi rəsmilərinin Qarabağ müharibəsi zamanı Azərbaycanın əleyhinə silah tədarükü həyata keçirməsi ilə bağlı bəyanat səsləndirməsidir.

T. Tamazaşvilinin vəkili Mixeil Ramişvili bildirib ki, müdafiə etdiyi şəxs Baş Prokurorluqda deyil, məhkəmədə hakimin iştirakı ilə sorğu-sual olunmasını istəyib və istintaq orqanlarının bütün suallarına cavab verməyə hazırdır.

Qeyd edək ki, Kvemo Poniçala sakini olan 23 yaşlı proqramçı T. Baçaliaşvili iyulun 23-də Tetritskaro meşəsində “Hyundai” markalı avtomobilində ölü tapılıb.

Ailə üzvləri avqustun 30-da Gürcüstan Baş Prokurorluğun binası qarşısında keçirdikləri aksiya zamanı qızlarının ölümünün əldə etdiyi məxfi məlumatlarla əlaqədar olduğunu bildiriblər.

Ailə üzvlərinin sözlərinə görə, T. Baçaliaşvili Gürcüstanın üç yüksək vəzifəli məmurunun Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə silah tədarükü həyata keçirməsi ilə bağlı məxfi məlumatlar əldə edib. Ailə üzvləri həmin məlumatların T. Baçaliaşvilinin yoxa çıxan yaddaş cihazında olduğunu qeyd ediblər.

Mərhumun anası məsələnin araşdırılması üçün Azərbaycan və Türkiyədən yardım istəyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            996 03.09.20 20:25