Binəqədi rayonunda su olmayacaq.
Bu barədə “Azərsu” ASC məlumat yayıb.
Məlumatda qeyd olunub ki, magistral su xəttində baş vermiş qəza ilə əlaqədar gün ərzində Binəqədi qəsəbəsinin 1-ci, 2-ci və 3-cü mədən ərazilərinə içməli suyun verilməsində məhdudiyyət olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.