Başına torba keçirilən çılpaq afroamerikalı boğularaq öldü - FOTO/VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:56 Bakının mərkəzində Xalq şairinin adını daşıyan bağın oturacaqları acınacaqlı vəziyyətdədir - VİDEO  |     22:54 Şəmkirdə 27 yaşlı kişi bıçaqlanıb  |     22:50 Baha satılan və ucuz alınan brilyantla bağlı ARAŞDIRMA - VİDEO  |     22:22 Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq  |     22:08 Suriyada terrorçular 16 hərbçini öldürüb  |     22:01 Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib  |     21:53 Masallının 16 kəndində qaz təchizatı dayandırılacaq  |     21:46 Qazaxıstanda veyp rəsmən qadağan edilib  |     21:38 Premyer Liqa: “Sumqayıt” səfərdə “Turan Tovuz”a qalib gəlib  |     21:27 Bəzi rayonlarda yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ  |     21:16 Maliyyə Nazirliyi məcburi audit subyektlərinə müraciət edib  |     21:10 Füzulidə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır  |     21:03 Tbilisidə keçirilən etiraz aksiyaları zamanı beş polis yaralanıb  |     20:58 Blinken: Biz İsrailin təhlükəsizliyinə sadiqik  |     20:45 "Roma" klubu hücumçusu ilə bağlı qərar verib  |     20:37 Sabah 30 dərəcə isti olacaq - PROQNOZ  |     20:29 İranda partlayış baş verib  |     20:17 Haiti Fransadan milyardlarla təzminat tələb edir  |     20:07 Ceyhun Bayramov diplomatik fəaliyyəti başa çatan Əlcəzair səfiri ilə görüşüb  |     18:48 Sankt-Peterburqa güclü qar yağıb  |    

Başına torba keçirilən çılpaq afroamerikalı boğularaq öldü - FOTO/VİDEO

Polis tərəfindən saxlanıldıqdan sonra başına torba keçirilən afroamerikalı Deniel Pruz boğularaq ölüb.

Bu barədə “Daily Mail” xəbər yayıb.


Ölən şəxsin qardaşı Co Prudun sözlərinə görə, o, hadisə günü psixi pozğunluğu olan Denielin itkin düşdüyü barədə polisə xəbər verib. Hüquq mühafizəçiləri bir müddət axtarışdan sonra onu Nyu-York küçələrində çılpaq halda qaçarkən saxlayıblar və əlinə qandal vuraraq üzü üstə yerə yıxıblar. Sonra saxlanılan kişi koronavirus olduğunu deyərək onlara tərəf tüpürüb. Buna görə polislərdən biri onun başına torba keçirib.

Prudun torbanı çıxarmaları barədə xahişi heç bir nəticə verməyib. Kadrlarda gəncin “Mən nəfəs ala bilmirəm”, - deməyi açıq eşidilir.


Bundan sonra Denielin halı pisləşib və qusmağa başlayıb. Bunu görən polislər təcili yardım xidmətinə xəbər veriblər. Xəstəxanada kişi süni tənəffüs aparatına qoşulub, ancaq onun həyatını xilas etmək mümkün olmayıb. O, bir həftə sonra beyin ölümü keçirib. Ekspertizanın rəyinə görə o, fiziki zorakılıq nəticəsində yaranan boğulmanın fəsadından ölüb.

Gənci saxlayan polislər istintaq altındadır.

Qeyd edək ki, hadisə mart ayında baş versə də, görüntülər mediada indi yayılıb. Bununla bağlı şəhərdə iğtişaşlar başlayıb.





скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 638 03.09.20 17:58