İtaliya mətbuatı: “Azərbaycanın Birinci vitse-prezidenti, xalqa xidmət nümunəsi” » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:00 Rusiyada müdafiə nazirinin müavini saxlanıldı  |     22:55 Bu ərazilərdə qaz olmayacaq  |     22:43 Avroparlament deputatının köməkçisi casusluq etdiyi üçün saxlanılıb  |     22:31 Stoltenberq: NATO-nun Polşada nüvə silahı yerləşdirmək planı yoxdur  |     22:22 Bağanis Ayrım sakini: “Mən 34 ildə övladım və həyat yoldaşımın qəbrini görməyə həsrət qaldım” - VİDEO  |     22:02 Azərbaycanın U-17 millisi Minskdə ilk oyununa çıxacaq  |     21:23 İranın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırıldı  |     21:13 Goranboyda qadını maşın vurub  |     21:04 Xankəndidə doğulan körpəyə Ali Baş Komandanın adı qoyulub - FOTO  |     20:58 Putin: BAM-ın gücü 12 ildə 3 dəfə artıb  |     20:41 Ramiz Taxvelinin ölüm səbəbi açıqlandı: İstintaq yeniləndi - FOTO  |     20:34 Xankəndidə tapdığı silah-suratları polisə təhvil verməyən şəxs tutulub  |     20:27 Britaniya diplomatı: ABŞ, Avropa Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar  |     20:17 Avstriyalı ekspert: “Prezident İlham Əliyevlə görüşümüz çox maraqlı və faydalı oldu”  |     20:10 AVF-nın prezidenti: “Voleybolun Azərbaycanda ənənəsi böyükdür”  |     20:02 Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib  |     19:56 Azərbaycanda bu taksi şirkəti bağlanır - FOTO  |     19:40 Xankəndidə dünyaya gələn ilk körpənin ailəsinə şəhərdə mənzil ayrılıb - YENİLƏNİB  |     19:31 Şamaxıda leysan fəsadlar yaradıb - YENİLƏNİB + FOTO Bizim WhatsApp  |     19:07 Faiq Ağayev: “Biz sevgili olmamışıq”  |    

İtaliya mətbuatı: “Azərbaycanın Birinci vitse-prezidenti, xalqa xidmət nümunəsi”

İtaliyanın “Giornale Diplomatico” onlayn qəzetində “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva, xalqa xidmət nümunəsi” və “Agenzia Nova” xəbər agentliyinin saytında “Birinci vitse-prezidentin Azərbaycan-İtaliya əlaqələrinin gücləndirilməsinə vacib töhfəsi” adlı məqalələr dərc olunub.

Azərbaycan Respublikasının İtaliyadakı səfirliyindən verilən məlumata görə, məqalələrdə qeyd olunur ki, Qafqazın “şahmat lövhəsində” yeri olan Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın bu gün doğum günüdür. 1918-ci ildə qadınlara səs vermək hüququnu tanıyan bir ölkəni tərənnüm edən, böyük şəxsiyyət xanım Mehriban xanım Əliyeva 2005-ci ildən millət vəkili olmuş, UNESCO və ISESCO kimi təşkilatların xoşməramlı səfiridir. İdman aləmində gördüyü işlərə görə tanınır, 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasının prezidentidir və onun rəhbərlik etdiyi komitə tərəfindən Azərbaycanın paytaxtı Bakı şəhərində 2015-ci ildə ilk Avropa Oyunları və 2017-ci ildə isə İslam Həmrəyliyi Oyunları böyük uğurla təşkil edilmişdir.

Habelə yazılarda bildirilir ki, Mehriban Əliyeva xalqın iradəsi və Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirəsinə ehtiramın ifadəsi kimi təsis edilmiş Heydər Əliyev Fondunun prezidentidir. Fond yeni cəmiyyətin qurulmasında fəal iştirak edir və təhsil, səhiyyə, mədəniyyət, idman, elm, texnologiya, ətraf mühit , sosial və digər sahələrdə müxtəlif layihələr vasitəsi ilə ölkənin sosial və iqtisadi inkişafına töhfə verir. Fond, həmçinin Azərbaycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində də fəal iş aparır. Bu xüsusda, çoxsaylı layihələri, mədəni və tarixi irsinin bərpası və qorunması, o cümlədən Müqəddəs Marçellinio və Müqəddəs Pietro katakombalarının və Romanın Kapitolini Muzeyinin Filosoflar zalının bərpası layihələri daxil olmaqla Azərbaycanın İtaliya və Müqəddəs Taxt-Tacla hazırkı yüksək səviyyəli münasibətlərinə böyük rol oynayır.

Yazılarda vurğulanır ki, Azərbaycanın Birinci vitse-prezidenti İtaliya və Azərbaycan arasındakı strateji tərəfdaşlığın möhkəmləndirilməsinə də mühüm töhfələr vermişdir. 2018-ci ildə ilk rəsmi səfərini İtaliyaya həyata keçirərək İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və Senatın sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşmüş, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibəti ilə Senatda və Romanın Milli Müasir və Çağdaş İncəsənət Qalereyasında təşkil olunmuş tədbirlərdə iştirak etmişdir.

Həmçinin qeyd olunur ki, xanım Mehriban Əliyeva 2018-ci ildə Azərbaycan və İtaliya arasındakı münasibətlərin inkişafına verdiyi töhfələrə görə İtaliya Respublikası Prezidenti tərəfindən İtaliya Respublikasının “Xidmətlərə görə” Böyük Xaç Kavaleri ordeni ilə təltif edilmişdir. Onun eyni zamanda Azərbaycan və Müqəddəs Taxt-Tacla münasibətlərində də böyük rolu var, Taxt-Taca çoxsaylı səfərlər etmiş və 2020-ci ildə Papa Cəngavər Ordeninin ən ali dərəcəsi olan - IX Piy Ordeninin Böyük Xaçı ilə (Dama di Gran Croce dell’ordine Piano) təltif edilmişdir.

Sözügedən yazılarla aşağıdakı keçidlərdə tanış ola bilərsiniz


https://www.giornalediplomatico.it/Azerbaigian-Mehriban-Aliyeva-primo-vicepresidente-modello-di-impegno.htm

 
https://www.agenzianova.com/a/5f463163be7850.18300980/3074533/2020-08-26/azerbaigian-italia-dalla-prima-vicepresidente-aliyeva-importante-contributo-al-rafforzamento-dei-rapporti
 
https://www.agenzianova.com/a/5f467013875de3.29006946/3074534/2020-08-26/azerbaigian-italia-dalla-prima-vicepresidente-aliyeva-importante-contributo-al-rafforzamento-dei-rapporti-2
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 143 26.08.20 20:32