Bəzi karxanalar fəaliyyətini dayandıra bilər - AÇIQLAMA » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:57 Bakıda minlərlə qutu aksiz markasız siqaretlər aşkar ediblər  |     14:45 Moskva yaxınlığında azərbaycanlı iş adamı qətlə yetirilib  |     14:42 İşıqfora təpik atan yeniyetmə valideynləri ilə birlikdə polisə dəvət olunub - VİDEO  |     14:30 Müştərilər 86 milyon manat depoziti geri çəkdi - “Accessbank”da nə baş verir?  |     14:23 Ermənistan baş naziri: “Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcəklər”  |     14:22 Beynəlxalq axtarışda olan şəxs xüsusi konvoyun müşayiəti ilə Azərbaycana gətirildi  |     14:22 Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir  |     14:21 Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi - VİDEO  |     14:17 Nazirliyin üç strukturu dövlət orqanlarının aparatı siyahısından çıxarıldı  |     14:17 Baş Prokurorluğun 42 yaşlı yüksəkvəzifəli əməkdaşı qəfil vəfat etdi  |     14:15 Azərbaycan nefti bahalaşdı  |     14:14 Bakıda 22 yaşlı qız qətlə yetirildi, cinayət işi açıldı - YENİLƏNİB  |     14:12 Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb  |     14:10 Quterreşdən Azərbaycan və Ermənistana çağırış  |     14:09 Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb  |     14:08 Alimlərdən həyəcan təbili: Çinin böyük şəhərlərinin təxminən yarısı suyun altında qala bilər  |     14:08 Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər, maaş yazdılar - VİDEO  |     14:06 Əlavə qatqılar, allergik təsirlər: Marketlərdəki məhsulların Azərbaycan dilində məlumat PROBLEMİ - VİDEO  |     14:04 İşıqforu təpikləyib, kəllə atdı: Bakıda çəkilən görüntülər təəccüb doğurdu - VİDEO  |     14:00 Naftalanda qadın ağır yanıq xəsarətləri alıb  |    

Bəzi karxanalar fəaliyyətini dayandıra bilər - AÇIQLAMA

Son üç ildə ölkədə fəaliyyət göstərən karxanaların sayı 300-ə enib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi rəsmi Facebook səhifəsində “Ekspert saatı” adlı verilişdə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

“Üç il əvvəl ölkədə 800-dən artıq daş, çınqıl, qum karxanası fəaliyyət göstərirdisə, bu müddət ərzində onlardan 500-nün fəaliyyəti ya dayandırılıb ya da bizim qoyduğumuz tələblərə uyğun olaraq özləri imtina ediblər. Hazırda fəaliyyət göstərən karxanaların sayı 300-ə endirilib.

Ümumilikdə son illərdə bağlanan karxanalara tədbiq edilən ziyanın həcmi 30 milyon manat olub. Bu məbləğin 15 milyon 600 min manatı Ətraf mühitin mühafizəsi üzrə dövlət fonduna ödənilib. Hansısa qanun pozuntusuna yol verən karxana sahibi məbləği ödəməyibsə, onlar barəsində hüquq-mühafizə orqanlarına müraciət edilib. Onların bir hissəsi ilə bağlı işə prokurorluqda baxılıb və yaxın zamanda ödəniş etmələri barədə qərar çıxarılıb”.

Bir sıra karxanaların fəaliyyətin bağlanması məsələsinə toxunan Xidmət rəisi onu da bildirib ki, yaxın gələcəkdə bu mümkün ola bilər:

“Bəzi tikinti materialları artıq rezindən hazırlanır. Bu da yaxın gələcəkdə bəzi karxanaların öz fəaliyyətlərini dayandırmasına səbəb olacaq. Bu gün mütləqdir ki, fəaliyyət göstərən karxanaların təbiətə müəyyən mənfi təsir var. Bu səbəbdən onlara fərdi qaydada ödəmələr tətbiq edilir. İnanın ki, karxanaların fəaliyyətinin bu gün dayandırılması tikinti bazarında qiymətlərin kəskin artımına səbəb ola bilər. Bu səbəbdən də Ətraf Mühitin Mühafizəsinə cavabdeh olan qurum kimi qırmızı ortanı tapmağa çalışırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 182 25.08.20 21:55