Çempionlar Liqasının oyunu futbolçuda koronavirus aşkarlandığı üçün təxirə salındı » Median.Az - Bütün xəbərlər bir ünvanda
11:53 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:52 Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb  |     11:50 Azərbaycan nefti ucuzlaşıb  |     11:49 Narkotik qəbul edib maşın sürdü, həbs olundu  |     11:48 Nərimanov rayonunda avtomobillər toqquşub, yaralanan var  |     11:46 Xətai rayonunda gənc oğlanı avtomobil vurub  |     11:42 İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır  |     11:37 Olivye Jiru “Milan”la bağlı qərarını AÇIQLADI  |     11:36 Rusiyada yeni qadağa: Vakansiya elanındakı bir qeyd cinayət məsuliyyətinə səbəb ola bilər  |     11:35 Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ  |     11:34 Braziliyada güclü daşqınlar nəticəsində ölənlərin sayı artıb  |     11:33 Hansı sahələrə investisiya yatırmaq daha sərfəlidir? - VİDEO  |     11:32 “Qalatasaray”ın böyük sərmayə qoyduğu oyunçu geri qayıdır  |     11:31 Qarabağın elektron xəritəsi hazırlanıb - VİDEO  |     11:30 “Togg” Avropa bazarına çıxır  |     11:28 İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq - VİDEO  |     11:26 İki övladını da götürüb qeybə çəkilən ana: Sumqayıtda nə baş verir? - VİDEO  |     11:16 Bəzi məhsulların idxalı və satışı ƏDV-dən azad edilib - QƏRAR  |     22:58 Elcan Rəsulov xəstəxanaya yerləşdirildi - FOTO  |     22:50 Xaçmazda minik avtomobilləri toqquşub, xəsarət alanlar var  |    

Çempionlar Liqasının oyunu futbolçuda koronavirus aşkarlandığı üçün təxirə salındı

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində keçirilməli olan “Klaksvik” (Farer adaları) - “Slovan” (Slovakiya) matçı təxirə salınıb.

Buna “Slovan”ın bəzi futbolçularında koronavirus aşkarlanması səbəb olub.

Belə ki, matçdan öncə testdən keçən oyunçularda koronavirus aşkarlanması səbəbindən UEFA bu oyunun keçirilməsinə icazə verməyib. Amma qitə futbol qurumu Slovakiya təmsilçisinə kiçik bir şans verib.

Belə ki, qarşılaşma avqustun 21-də “Klaksvik”in stadionunda keçiriləcək. Lakin qonaqlar koronavirus aşkarlanan futbolçularının əvəzində gənclərdən ibarət komandanın üzvlərinin xidmətindən yararlanmaq məcburiyyətindədi.

Bratislava klubu həmin oyunçuları matç gününə qədər Farer adalarına çatdırmalıdı.

Xatırladaq ki, bu, avrokubokların yeni mövsümündə üçüncü belə haldır.

Daha öncə UEFA Çempionlar Liqasının ilkin təsnifat mərhələsində “Drita” (Kosovo) – “Linfild” (Şimali İrlandiya) qarşılaşması meydan sahibi komandada bir neçə futbolçunun koronavirusa yoluxması səbəbindən təxirə salınmışdı. Lakin növbəti mərhələnin oyunlarına vaxt az qaldığı üçün UEFA Kosovo klubuna texniki məğlubiyyət vermişdi.

Ötən gün isə Avropa Liqasında 2020/21 mövsümünün ilkin təsnifat mərhələsi çərçivəsində Cəbəllütariqdə yerli “Linkoln” klubu ilə Kosovonun “Priştina” komandası arasında keçirilməli olan qarşılaşma koronavirus pandemiyasına görə təxirə salınıb. Buna Kosovo təmsilçisinin 8 futbolçusunda koronavirus aşkarlanması səbəb olub.

UEFA-nın bu oyunla bağlı qərarı hələ açıqlanmayıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            986 20.08.20 12:04